Kürdəmirdə yol qəzası olub, yaralanan var

Kürdəmirdə yol qəzası olub, yaralanan var Qəza Bakı-Qazax avtomobil yolunda baş verib
Hadisə
1259
20 May , 2018 11:13
Kürdəmirdə yol qəzası olub, yaralanan var

Kürdəmir. 20 may. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, qəza zamanı “Nissan” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan 1954-cü il təvəllüdlü sərnişin Allahverdiyev Sovet Salah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi