Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - VİDEO

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - VİDEO Kürdəmir rayonunda yol qəzası olub.
Hadisə
1 iyun 2021 13:31
Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - VİDEO

Kürdəmir rayonunda yol qəzası olub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük maşını ilə eyni markalı minik maşını toqquşub. Nəticədə minik avtomobilində olan iki sərnişin Ağcabədi rayon sakinləri - 38 yaşlı İsmayılov Anar Nəriman oğlu və 52 yaşlı Nəsirova Səbirə İsgəndər qızı müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi