Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Noyabr , 2019 16:00
Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomabilə çırpılıb.

Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 14:19

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi