Yuxarı

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO

Kürdəmir rayonunda yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Polad Kərim oğlu Baloğlanovun idarə etdiyi "Mercedes" markalı avtomobil traktorla toqquşub. Nəticədə traktorun sürücüsü, Yevlax rayon sakini, 1966-cı il təvəllüdlü İnqilab Ərzuman oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi