Kürdəmirdə yol qəzasında ölən və yaralananların kimliyi bəlli olub

Kürdəmirdə yol qəzasında ölən və yaralananların kimliyi bəlli olub Kürdəmir rayonunda ağır yol qəzası olub. "Report"un Yuxarı Şivan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə
11 Sentyabr , 2021 17:35
Kürdəmirdə yol qəzasında ölən və yaralananların kimliyi bəlli olub

Kürdəmirdə baş verən yol qəzasında ölən və yaralananların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 72 yaşlı Əliyeva Minayə Duran qızı hadisə yerindəcə dünyasını dəyişib.

53 yaşlı Əliyeva Sevda Həbib qızı və 62 yaşlı Əliyeva Ballı Duran qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

17:06

Kürdəmir rayonunda ağır yol qəzası olub.

"Report"un Yuxarı Şivan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Yaralılar təcili tibbi yardım maşının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi