Yuxarı

Kürdəmirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb

​Kürdəmirdə yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb
© Report

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 212 km-də qeydə alınıb.

Belə ki, "VAZ-2106""VAZ-21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qarabucaq kənd sakinləri - 1990-cı il təvəllüdlü Vüqar Mahmud oğlu Mehdiyev və 2001-ci il təvəllüdlü Pünhan Şöhrət oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi