Kürdəmirdə yol qəzası baş verib

Kürdəmirdə yol qəzası baş verib Kürdəmir. 19 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
19 Fevral , 2019 13:20
Kürdəmirdə yol qəzası baş verib
Report
0 : 00
0 : 00

Kürdəmir. 19 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Zeynal Qəhrəman oğlu Xəlilov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən onun qarşısında dönmə əməliyyatını yerinə yetirən 1962-ci il təvəllüdlü Qabil Mədət oğlu Mirzəliyevin idarə etdiyi "QAZ-31" markalı avtomobillə toqquşub. Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi