Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2712
19 Avqust , 2020 05:27
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yoldan çıxıb.

Nəticədə avtomobildə olan qadın sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb olunub və xəsarət alan qadına ilkin tibbi yardım göstərilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi