Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var Kürdəmir. 10 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
10 Dekabr , 2018 17:26
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmir. 10 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aqil Xəzər oğlu Kazımovun idarə etdiyi 10 VB 045 dövlət qeydiyyatı nişanlı "Porshe" markalı minik avtomobili 1981-ci il təvəllüdlü, Ağdaş rayon sakini Elgiz Vəkil oğlu İsmayılovun idarə etdiyi 99 XF 724 dövlət qeydiyyatı nişanlı "Shacman" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "Porshe"də olan sərnişinlər - Gəncə şəhər sakinləri - 1992-ci il təvəllüdlü Tamerlan Amil oğlu Niyazov və 1967-ci il təvəllüdlü Məhəbbət Cabbar qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi