Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB Kürdəmir. 6 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.
Hadisə
6 İyun , 2018 19:14
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB

Kürdəmir. 6 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu, Ağdam rayonunun İmamverdibəyli kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Rauf Akif oğludur.

Qeyd edək ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində baş verib. “Lada” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. 


*** 18:38

Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumata görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99 LM 189 dövlət qeydiyyat nişanlı “Lada” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə minik maşınının sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi