Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxs tutuldu

Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxs tutuldu İlkin dindirmə zamanı A.Hacıalıyev oğurluq əməlini etiraf edib
Hadisə
10 Mart , 2021 17:41
Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxs tutuldu

Kürdəmir rayonunda xırdabuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon sakinləri - Vüqar Bayramov, Gülxara Müslümova və Rəmzi Azayev Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək onlara məxsus həyətyanı
sahədən xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumat veriblər.

Bununla bağlı Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində məlum olub ki, hadisəni törədən Göyçay rayon sakini, 26 yaşlı Hacıalıyev
Arif İlkin oğludur.

A.Hacıalıyev Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq PŞ-yə gətirilib.

Bundan başqa, polis əməkdaşları onun avtomobilinə baxış keçirərkən iki ədəd xirdabuynuzlu heyvan aşkar edərək götürüb.

İlkin dindirmə zamanı A.Hacıalıyev oğurluq əməlini etiraf edib.

Qeyd edək ki, A.Hacıalıyev eyni əməli Ucar və Zərdab rayonlarında da törədərək
ümumilikdə vətəndaşlara məxsus 8 baş xırdabuynuzlu heyvan oğurlayıb.

Hazırda A.Hacıalıyev barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb və araşdırma davam etdirilir.

 Hacıalıyev Arif
Hacıalıyev Arif

Son xəbərlər

Orphus sistemi