Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub - FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub - FOTO Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
3 Avqust , 2019 04:58
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub - FOTO

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 185 km-də, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "MAZ" markalı yük avtomobili "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü, Bakı şəhər sakini Teymurov Sənan Əbülfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi