Kürdəmir. 31 yanvar. REPORT.AZ/ Kürdəmir şəhərində yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, H.Əliyev prospektində "Nissan" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.
Nəticədə 1986-cı il təvəllüdlü, Göyçay rayon Qaraməryəm kənd sakini Günay Zeynalabdin qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb.