Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb Bakı. 30 mart. REPORT.AZ/ Prezident İlham Əliyev martın 30-da Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Mədəniyyət siyasəti
30 Mart , 2018 18:35
Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Bakı. 30 mart. REPORT.AZ/ Prezident İlham Əliyev martın 30-da Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi