Kürdəmirdə velosiped yük avtomobilinə çırpılıb, ölən var - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə velosiped yük avtomobilinə çırpılıb, ölən var - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
29 dekabr 2019 19:54
Kürdəmirdə velosiped yük avtomobilinə çırpılıb, ölən var - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***17:52

Kürdəmir rayonunda velosiped avtomobilə çırpılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şıxımlı kənd sakini, 2007-ci il təvəllüdlü Kənan Tural oğlu Nəbiyev velosipedlə hərəkətdə olarkən həmkəndlisi, 1998-ci il təvəllüdlü Nicat Məlik oğlu Məlikovun idarə etdiyi "QAZel" markalı yük maşınına çırpılıb. Nəticədə K.Nəbiyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Son xəbərlər

Orphus sistemi