Kürdəmirdə “Mercedes” “VAZ-21011”-ə çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə “Mercedes” “VAZ-21011”-ə çırpılıb, xəsarət alanlar var Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
163
25 Noyabr , 2021 05:57
Kürdəmirdə “Mercedes” “VAZ-21011”-ə çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik maşını arxadan "VAZ-21011” markalı avtomobilinə çırpılıb. Nəticədə “VAZ-21011”-in sürücüsü, Şəki rayon sakini, 43 yaşlı Abdurahmanov Ramin Məmmədsan oğlu və sərnişin, 33 yaşlı Salmanov Röyal Salman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi