Kürdəmirdə usta binadan yıxılaraq ölüb

Kürdəmirdə usta binadan yıxılaraq ölüb Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
163
2 İyul , 2021 11:36
Kürdəmirdə usta binadan yıxılaraq ölüb

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

Belə ki, tikintidə usta işləyən rayon sakini, 31 yaşlı Əliyev Əliqahim Hikmət oğlu binadan yıxılaraq ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi