Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü - FOTO - VİDEO

Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü - FOTO - VİDEO Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Hadisə
31 May , 2020 21:15
Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü - FOTO - VİDEO

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, kənd sakini 36 yaşlı Albəndiyev Şəhadət Tufan oğluna məxsus, ümumi sahəsi 80 kv.m olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi