Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Kürdəmir rayonunda üç nəfərin xasarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 İyul , 2019 19:48
Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Kürdəmir rayonunda üç nəfərin xasarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı-Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində baş verib. Belə ki, “Vaz 2106” markalı avotmobillə “Vaz 2107” markalı avotmobil toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Novruzov Məhəmməd İlqar oğlu, 24 yaşlı Şükürov Balacan Taleh oğlu, 28 yaşlı İsmayılov Ağasən Ədalət oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi