​Kürdəmirdə traktor qəzaya uğrayıb

​Kürdəmirdə traktor qəzaya uğrayıb Sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb
Hadisə
14 Noyabr , 2015 00:50
​Kürdəmirdə traktor qəzaya uğrayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Kürdəmir rayonu, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 21:31-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi