Kürdəmirdə tövlə yanıb

Kürdəmirdə tövlə yanıb Kürdəmirdə yanğın hadisəsi baş verib
Hadisə
424
11 May , 2021 15:21
Kürdəmirdə tövlə yanıb

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Veyisov Ağaisa Musa oğluna məxsus ümumi sahəsi 150 kvm olan tövlənin 80 kvm-nin tavan hissəsi tamamilə yanıb. Bundan başqa, tövlədə olan bir baş iribuynuzlu heyvan da boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik naqillərində olan qısaqapanmadan olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi