Kürdəmirdə təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
10 Aprel , 2019 20:07

Video əlavə olunub


*** 18:47

Kürdəmir rayonunda təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub. 

Bu barədə "Report"un Mərkəzi Aran bürosuna Kürdəmir rayon Polis şöbəsindən məlumat verilib. 

Belə ki, Kürdəmir rayonunun Mürtülü kənd sakini Qaratel Məmmədalı qızı Tağıyeva fevralın 22-də və həmin kənd sakini Əzizxan Məhəmməd oğlu Əzizov rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda "Kapital Bank"ın Kürdəmir rayon filialının qarşısına quraşdırılmış bankomatdan özlərinə məxsus plastik kartlardan 200 və 300 manat pullarının naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etdiklərini bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Tağıyevaya və Ə.Əzizova məxsus elektron məlumat daşıyıcısından istifadə etməklə göstərilən məbləğdə pulları Şirvan şəhəri, Mehmandarov kücəsi, 36 nömrəli evdə qeydiyyatda olan və yaşayan əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü İlqar Ağazər oğlu Eminovun gizli olaraq talaması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi