Kürdəmirdə sürücü velosiped sürən qaynını vuraraq qaçıb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə sürücü velosiped sürən qaynını vuraraq qaçıb - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir sakini idarə etdiyi avtomobillə velosiped sürən qaynını vuraraq hadisə yerindən qaçıb.
Hadisə
31 May , 2020 12:04
Kürdəmirdə sürücü velosiped sürən qaynını vuraraq qaçıb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir sakini idarə etdiyi avtomobillə velosiped sürən qaynını vuraraq hadisə yerindən qaçıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Böyük Kəngərli kənd sakini, 33 yaşlı Pünhan Vahid oğlu Əliyev Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır. 


*** 11:49

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 

Yaralı S.Əsədov müxtəlif növ ağır bədən xəsarəti alıb. 

O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi