Kürdəmirdə sürücü avtomobili təmir etmək istəyərkən yanıq xəsarəti alıb

Kürdəmirdə sürücü avtomobili təmir etmək istəyərkən yanıq xəsarəti alıb Kürdəmir. 1 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda 25 yaşlı gənc avtomobilini təmir etmək istəyərkən xəsarət alıb.
Hadisə
1 İyul , 2018 21:21
Kürdəmirdə sürücü avtomobili təmir etmək istəyərkən yanıq xəsarəti alıb

Kürdəmir. 1 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda 25 yaşlı gənc avtomobilini təmir etmək istəyərkən xəsarət alıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, Ucar rayon sakini 1993-cü il təvəllüdlü Nüsrəddin Mübariz oğlu Mehdiyev avtomobilin radiatorunun qapağını açan zaman qaynar su onun üzərinə dağılıb. Nəticədə N.Mehdiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi