Kürdəmirdə sökülən binaların üzlənməsinə başlanılıb - FOTO

Kürdəmirdə sökülən binaların üzlənməsinə başlanılıb - FOTO Rayon Polis Şöbəsinin, muzey və idman məktəbinin binalarının üzlükləri sökülüb
Hadisə
28 May , 2015 15:42
Kürdəmirdə sökülən binaların üzlənməsinə başlanılıb - FOTO

Bakı. 28 may. REPORT.AZ/ Kürdəmir rayonunda fasadı penoplastdan olan binaların yenidən üzlənməsinə başlanılıb. "Report" xəbər verir ki, Bakıda 15 nəfərin ölümünə səbəb olan yanğından sonra paytaxtla yanaşı, rayonlarda da çoxmərtəbəli yaşayış və inzibati binaların fasad hissəsində penoplast üzlüklərin sökülməsi işləri aparılır.

Kürdəmirdə yanğına həssas materialla üzlənən 3 inzibati binada penoplast üzlüklərin sökülmə işləri başa çatıb və artıq binaların üzlənməsinə başlanılıb.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzovun sözlərinə görə, hər üç binaya baxış keçirilib və rayon Polis Şöbəsinin, muzey və idman məktəbinin binalarının üzlükləri sökülüb. Fasad hissəsi sökülən binalar aqlay daşları ilə üzlənir. Binaların üzlənməsi üçün lazımi material sifariş olunub və onların bir hissəsi artıq rayona gətirilib.

Son xəbərlər

Orphus sistemi