Kürdəmirdə silsilə oğurluqla məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə silsilə oğurluqla məşğul olan şəxs saxlanılıb O, Amerika vətəndaşı Mee Herin də əşyalarını oğurlayıb
Hadisə
26 Avqust , 2016 01:50
Kürdəmirdə silsilə oğurluqla məşğul olan şəxs saxlanılıb

Bakı. 26 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda bir neçə vətəndaşın əmlakını oğurlamış şəxs üç ildən sonra saxlanılıb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə il ərzində oğurluq əməlləri ilə məşğul olmuş Xırdapay kənd sakini 28 yaşlı Vasif Nəsirov tutularaq istintaqa cəlb olunub.

İstintaq zamanı məlum olub ki, adı çəkilən şəxs 2013-cü ildən etibarən törətdiyi oğurluq əməlləri ilə əcnəbi və yerli vətəndaşlara xeyli maddi ziyan vurub.

Belə ki, 2013-cü ilin 25 yanvar tarixində Xırdapay kəndində kirayədə qalan Amerika vətəndaşı Mee Herin ümumi dəyəri 500 dollar olan “notebook”, datakart, fotokamera, yaddaş bloku oğurlayıb.

Uzun müddət bu cinayət araşdırılsa da təqsirləndirilən şəxs tapılmadığından işin icraatı dayandırılıb. Ələ keçən Vasif Nəsirov bu cinayəti törətməsini təsdiqləməsi ilə yanaşı törətdiyi bir neçə oğurluq əməllərini də etiraf edib. 

Araşdırma zamanı məlum olub ki, Vasif Nəsirov ötən ilin dekabrında Xırdapay kənd sakini Zahid Zərbalıyevə məxsus, Bakı prospektində yerləşən “Qəbir daşları” sexindən elektrik generatoru, su nasosu, bu ilin yanvar-fevral aylarında isə Xırdapay kəndində yerləşən, rayon sakinləri Seymur Bünyətov, Şirməmməd Abdürrəhmanova məxsus avtomobil sexi və qarışıq mallar mağazasından maşın ehtiyat hissələri, ətçəkən maşının motoru və elektrik kabellər oğurlayaraq satıb.

Qeyd edək ki, V.Nəsirov eyni əməllərə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi