Kürdəmirdə silsilə oğurluq edənlər saxlanıldı

Kürdəmirdə silsilə oğurluq edənlər saxlanıldı Dindirmə zamanı onlar cinayət əməllərini etiraf ediblər
Hadisə
9 İyul , 2020 22:37
Kürdəmirdə silsilə oğurluq edənlər saxlanıldı
Kürdəmir Rayon Polis Şöbəsi / Foto: "Report"

Kürdəmirdə silsilə oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Kürdəmir rayon sakinləri Səlimova Pərvanə Həsrət qızı və Bünyətov Mübariz Əbləsən oğlu müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus bir ədəd 50 litr su tutumu olan samovarın, musiqi mərkəzinin, su mühərrikinin və digər məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Bununla bağlı Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən şəxslər rayon sakinləri, əvvəllər məhkum olunmuş 30 yaşlı Şükürov Ruslan Balacan oğlu və 27 yaşlı Hüseynov Mehman Rəhim oğludur.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. R.Şükürov və M.Hüseynov ilkin dindirmə zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi