Yuxarı
    Bağlamaq

    Kürdəmirdə satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb

    A.Bağırov 2015-ci ildə qanunsuz at ətinin satışı və kəsimi ilə məşğul olduğuna görə cərimələnib© Courtesy İmage

    Kürdəmir. 1 aprel. REPORT.AZ/ Kürdəmir rayonunda satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb.

    "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi və Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayonun Xınıslı kənd sakini Anar Ağanəsib oğlu Bağırovun idarə etdiyi 10-VH-988 dövlət-qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobil Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 150 kiloqram sümüksüz at əti aşkarlanaraq götürülüb. 

    A.Bağırovun həyətinə də baxış keçirilib. Oradan kəsilən atların başı, ayaqları və digər orqanları aşkar edilib.

    Qeyd edək ki, A.Bağırov 2015-ci ildə qanunsuz at ətinin satışı və kəsimi ilə məşğul olduğuna görə cərimələnib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi