Kürdəmirdə 35 sürücü cərimələnib

Kürdəmirdə 35 sürücü cərimələnib Kürdəmirdə avtonəqliyyat vasitələrinə qarşı təmiz hava aylığı çərçivəsində reyd keçirilib
Hadisə
12 May , 2021 13:59
Kürdəmirdə 35 sürücü cərimələnib

Kürdəmirdə "Təmiz hava" aylığı aksiyası çərçivəsində reyd keçirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Rayon Polis Şöbəsinin YPB-nin əməkdaşları rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə reydlər həyata keçirir.

Reydləri keçirməkdə əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir. Reyd DİN BDYPI-si tərəfindən tədbirlər planınına uyğun olaraq avtonəqliyyat vasitələrindən atılan zərərli tullantıların atmosfer havasının çirklənməsinin qarşısının alınması və mühərriklərin işlənmiş qazlardan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrini müəyyən etmək qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi məqsədi daşıyır.

Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bu yöndə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bəzi sürücülər bu kimi reydlərin keçrilməsinin ətraf mühitin qorunmasının vacibliyini qeyd edərək digər sürücülərə də səsləndilər. Bəziləri isə avtomaşınlarının normal işlədiyini bildirərək polisin yoxlamasından narazılıq edib təkrar yoxlama tələb etdilər.

Reyd zamanı 50-yə yaxın avtonəqliyat vasitəsi saxlanılıb və onlardan 35-ə yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub. Bu cür reydlər Kürdəmir RPŞYPB-nin əməkdaşları tərəfindən ilin sonuna qədər mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi