Kürdəmirdə qətl törədilib

Kürdəmirdə qətl törədilib Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib
Hadisə
234
8 Aprel , 2021 06:17
Kürdəmirdə qətl törədilib

Kürdəmirdə qətl hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu mübahisə zəminində hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Arif Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Səmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi