Kürdəmirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Kürdəmirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib Kürdəmir rayonunda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Hadisə
18 Oktyabr , 2021 15:17
Kürdəmirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Kürdəmir rayonunda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a rayon məhkəməsindən məlumat verilib.

Bildirilib ki, 22.06.2021-ci il tarixdə 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

İş üzrə toplanan sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi