Kürdəmirdə qayınanası ilə mübahisə edən kişi özünü yandırdı

Kürdəmirdə qayınanası ilə mübahisə edən kişi özünü yandırdı Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.
Hadisə
14 May , 2020 22:40
Kürdəmirdə qayınanası ilə mübahisə edən kişi özünü yandırdı

Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qayınanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi