Kürdəmirdə qadını elektrik cərəyanı vuraraq öldürüb

Kürdəmirdə qadını elektrik cərəyanı vuraraq öldürüb Kürdəmir rayonunda 47 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
17 Sentyabr , 2020 19:35
Kürdəmirdə qadını elektrik cərəyanı vuraraq öldürüb

Kürdəmir rayonunda 47 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Rəsulova Şəfa Baləli qızı yaşadığı evin hamamında çimərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Rəsulova iki uşaq anası idi.

Son xəbərlər

Orphus sistemi