Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
4 Noyabr , 2019 10:01
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, ötən gün Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayonun Qarabucaq qəsəbə ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Elsevər İsgəndərov idarə etdiyi DAF markalı yük avtomobili ilə yolu keçən piyada – Kürdəmir sakini, 1979-cu il təvəllüdlü Nizami Qarayevi vurub.

Nəticədə yaralı hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Tətqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi