Kürdəmirdə piyadanı vurub qaçan sürücü polis şöbəsinə gələrək təslim olub.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü "Kürdəmir-pambıq" ASC-də çilingər işləyən Möhkəm İbadov hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
02:41
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Mahmudov Taleh Sehrab oğlu yolu keçmək istəyərkən sürətlə hərəkət edən naməlum avtomobil onu vurub. T.Mahmudov aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Hazırda hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.




