Kürdəmirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Kürdəmirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub Quar. 19 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub.
Hadisə
19 Noyabr , 2018 13:37
Kürdəmirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub
0 : 00
0 : 00

Quar. 19 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub. 

Bu barədə "Report"un Şimal DİN mətbuat xidmətinin Şimal regional qrupundan məlumat verilib.

Belə ki, noyabrın 18-də saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Türkəndi kənd sakini Kənan Məhərrəmov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi