
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Kürdəmir rayonunda məskunlaşmış Laçın rayon sakini Natiq Məhərrəm oğlu Fərəcov yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Valeh Dadaşov
Xəbərin müəllifi