Kürdəmirdə gənc qızı avtomobil vurub

Kürdəmirdə gənc qızı avtomobil vurub Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 May , 2019 09:50
Kürdəmirdə gənc qızı avtomobil vurub

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Anaxanım Anar qızı Əhmədovanı yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ 21011" markalı avtomobil vurub.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi