Yuxarı

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub - FOTO

​Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosuun məlumatına görə, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının sürücüsü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı daha iki nəfər - Kürdəmir sakinləri - "Ford"un  25 yaşlı sürücüsü Qədirov Niyaməddin Rəfael oğlu və 46 yaşlı İmanov Əfqan Ədalət oğlu xəsarət alıb. Hər iki xəstə Kürdəmir RMX-ya yerləşdirilib.

Fakt araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi