Kürdəmirdə qonşusunun evindən oğurluq edən şəxs həbs edilib

Kürdəmirdə qonşusunun evindən oğurluq edən şəxs həbs edilib Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
7 Sentyabr , 2021 19:20
Kürdəmirdə qonşusunun evindən oğurluq edən şəxs həbs edilib

Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonu, Sığırlı kənd sakini Habil Qaybalıyev Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, yaşadığı evdən qızıl-zinət və müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Müraciətə əsasən Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət əməlini onun qonşusu Qaçayev Qeyrət Heyyət oğlu törədib. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsdən oğurladığı maddi sübutları aşkar edərək götürüb.

Qaçayev Qeyrət barəsində Kürdəmir rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi