Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb. 
Hadisə
854
28 Noyabr , 2020 11:55
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"q verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək onun işlədiyi marketdən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Rəşad Tağıyev, əvvəllər məhkum edilmiş Samir Niftalıyev və Saatlı rayon sakini Sabir Muradov saxlanılıb.

Araşdırmalarla onların 2 000 manat məbləğində pulu marketin seyfindən oğurladıqları müəyyən edilib. S. Niftalıyevin ətrafında davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki daha bir marketdən 900 manat məbləğində pul oğurladığı etdiyi aşkar edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi