Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO

Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
14 İyul , 2021 18:53
Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO
0 : 00
0 : 00

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi