Kürdəmirdə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
21 Mart , 2019 23:00
Kürdəmirdə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***21:00

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan şəxsin adı məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, rayonun Xırdapay kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Əliyar oğlu Məmmədovdur.


***18:30

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-2106""Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi