Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var Kürdəmir. 2 sentyabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
2 Sentyabr , 2018 20:05
Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
"Report"

Kürdəmir. 2 sentyabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Hyundai" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan S.Qədirov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi