Kürdəmirdə minik avtomobili su kanalına düşüb, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Kürdəmirdə minik avtomobili su kanalına düşüb, xəsarət alan var - VİDEO - YENİLƏNİB Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
148
2 İyun , 2018 21:23
Kürdəmirdə minik avtomobili su kanalına düşüb, xəsarət alan var - VİDEO - YENİLƏNİB
Report

Kürdəmir. 2 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu, rayonun 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə bu gün axşam saatlarında Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonunun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Faktla bağlı araşdırma aparılır.


***19:11

Kürdəmir. 2 iyun. REPORT.AZ/ Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, rayonun Sorsor kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində sürücü yaralanaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi