Kürdəmirdə maska taxmayan sakinlər cərimələnib

Kürdəmirdə maska taxmayan sakinlər cərimələnib Kürdəmir rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində reyd keçrilib.
Hadisə
10 Dekabr , 2020 13:45
Kürdəmirdə maska taxmayan sakinlər cərimələnib

Kürdəmir rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində reyd keçrilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd Kürdəmir Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə baş tutub.

Reyd insanların sıx toplaşdığı yerlərdə, əsasən bankların, marketlərin, idarələrin, müəssisələrin və bazar ərazisində təşkil olundu. Reyd zamanı insanlarla profilaktik söhbətlər aparılıb və pandemiyanın acı nəticələri haqqında onlara məlumat verilib. Qeyd olunub ki, hamı bir nəfər kimi tibbi maskadan mütəmadi istifadə etməli və ara məsafəsini gözləməlidir.

Reyd zamanı karantin qaydalarını pozan tibbi maskadan istifadə etməyən bir neçə rayon sakini bərəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə cərimə tətbiq olundu.

Hazırda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi