Yuxarı
    Bağlamaq

    Kürdəmirdə maşının aşması nəticəsində yaralanan 5 nəfərin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2

    © Report

    Video əlavə olunub


    ***09:36

    Kürdəmir. 10 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.

    “Report”un Şirvan bürosunun məlumatına görə, bunlar Qaradağ rayonundan olan 1983-cü il təvəllüdlü sürücü Əliyev Faiq Tofiq oğlu, sərnişinlər - 1957-ci il təvəllüdlü Qaradağ royon sakini Əliyev Tofiq Mənsim oğlu, 1953-cü il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu,1959-cu il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğludur.

    Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb.


    ***09:02

    Kürdəmir. 10 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi