Kürdəmirdə marketdən 14 min manat oğurlanıb

Kürdəmirdə marketdən 14 min manat oğurlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
3 Yanvar , 2019 12:10
Kürdəmirdə marketdən 14 min manat oğurlanıb

Kürdəmir. 3 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda marketdən oğurluq olub.

Bu barədə "Report"un Mərkəzi Aran bürosuna Din Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, hadisə rayonun Sığırlı kəndi ərazisində yerləşən marketlərdən birində baş verib. 

Belə ki, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində marketdən 14 000 manat oğurlamaqda şübhəli bilinən kənd sakini Tural Kərimov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi