Yuxarı

Kürdəmirdə kütləvi dava olub, xəsarət alanlar var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə kütləvi dava olub, xəsarət alanlar var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
© Report

Video əlavə olunub.


***20:33

Kürdəmir rayonunda kütləvi dava olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Ramiz Mübariz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu "QAZel" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən onların qarşısını həmkəndliləri - Həsənov İntizam, Həsənov Elşən, Həsənov SahilHəsənov Elbrus kəsiblər.

Aralarında yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib. Nəticədə Ramiz və Elxan Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, hadisə nəticəsində Hüseynov Ramizə məxsus "QAZel" markalı yük maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi