Yuxarı

Kürdəmirdə külək üç kənddə evlərin damını uçurub, təsərrüfatlara ziyan vurub - FOTO - VİDEO

Kürdəmirdə külək üç kənddə evlərin damını uçurub, təsərrüfatlara ziyan vurub - FOTO - VİDEO
© Report

Kürdəmir. 18 iyun. REPORT.AZ/ Kürdəmirdə güclü külək rayonun Böyük Kəngərli, Bala Kəngərli və Şahbəyli kəndlərinə ziyan vurub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, adı çəkilən kəndlərdə iri gövdəli ağaclar tikililərin üzərinə aşıb, bir neçə evin, fermanın və tövlənin dam örtüyü uçub. 

Bundan başqa, əkin sahələrinə, meyvə bağlarına da ziyan dəyib.

Bala Kəngərli kənd sakini Elnur Vahid oğlu Əliyev "Report"un yerli bürosuna bildirib ki, güclü külək fərdi yaşayış evinin talvar hissəsini uçurub.

“Ötən gün axşam saatlarında güclü küləklə müşayiət olunan yağış başladı. Həmin vaxt uşağı hamamdan çıxarmağa çalışırdım ki, evin talvarın uçdu. Xoşbəxtlikdən ailə üzvlərim arasında xəsarət alan olmadı. Ancaq evimə və fərdi təsərrüfatıma xeyli ziyan dəyib. Arıçılıq təsərrüfatım tamamilə məhv olub, tövləm, çardağım, damım uçub”, - deyə kənd sakini qeyd edib.  

Hazırda Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır, dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi